Ntech haqqında

Biz 2011- ci il dən öz işini sevən və daim inkişafa doğru irəliləməyi qarşısına hədəf qoyan mütəxəssislərdən ibarət peşakarlarıq. Əsas məqsədimiz yüksək keyfiyyət göstəricilərinə sahib olan təhlükəsizlik və mühafizə sistemlərinin tətbiqi və quraşdırılması, həmçinin müştərilərə yüksək səviyyəli xidmətdir.

Şirkət əsas bu xidmətlər üzrə fəaliyyətdədir:

  • Mühafizə kameralarının quraşdırılması

  • Signalizasiya sistemlərinin quraşdırılması
  • Domofon sistemlərinin quraşdırılması
  • Şlaqbaum,turniket sistemləri və avtomatik qapılar
  • Xəstəxana və otel avadanlıqları və program həlləri
  • Daxili telefoniya və çağrı mərkəzləri
  • Kompyuter, server və Şəbəkə həlləri
  • Səsləndirmə sistemləri
  • Dünyada aparılan araşdırmaların statistik nəticəsi göstərir ki video müşahidə kameraları olan yerlərdə, təhlükə və stres halları daha az yaşanır. Biz sevdiklərimizi və sahib olduqlarımızı itirmək, yaxud xoşagəlməz hadisələrnən qarşılaşmağını istəmirik. Bu səbəbdən hər birimiz tədbirli olmaliyiq. Artıq video müşahidə sistemləri uzun illərdir bu və digər məqsədlər üçün tətbiq olunur və yüksək effektivliyə malikdir. Sizlər də çox asanlıqla müşahidə kameraları quraşdırmaqla, narahatçılığa son qoya bilərsiniz. Quraşdırdığınız kameralar siz uzaqdaykən, hətta başqa ölkədə olarkən istədiklərinizə və əmlakınıza İnternet vasitəsi ilə izləmə imkani verir.





Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi

  • Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı Daxili İşlər Orqanlarının çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Bu məqsədlə, "Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Mərkəzi"nin binası tikilərək beynəlxalq standartlara uyğun olaraq dünyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilmişdir. Videokameraların qeydə aldığı görüntülər Mərkəzdən əlavə, Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi idarəsi, DİN-in inzibati binasında yerləşən qərargah, BBPİ-i, BDYPİ, BMİ, Bakı şəhər DYPİ, həmçinin Bakı şəhər rayon polis idarələri tərəfindən həmin rayonun inzibati ərazisini əhatə etməklə müşahidə olunur. Qeydə alınan bu görüntülər 30 gün müddətinə arxivləşdirilir, şəhərdə baş verən hadisələrə canlı və ya arxivdən baxılması təmin edilir. Zərurət yarandıqda arxivdəki görüntülər müxtəlif elektron informasiya daşıyıcılarına köçürülərək daha uzun müddətdə saxlanıla bilə Sistemin üstünlükləriRedaktə

  • 10.000-lərlə kameranı mərkəzdən izləmək və idarə etmək imkanına malikdir. Mərkəzdən sistemə bağlanmış bütün cihazların idarə olunmasını təmin edir. Hərəkətin izlənməsinin mərkəzdən idarə olunması və tənzimlənməsi mümkündür. 128 bit şifrləmə əlaqənin təhlükəsizliyini təmin edir. Sistem genişlənmə və inteqrasiya olunma imkanına malikdir. Kütlə içərisindən şübhəli şəxsin sifətinin seçilməsi mümkündür. Tıxaclarla bağlı naviqasiya xəritəsi üzərində hərəkət marşrutlarının seçilməsi. Avtomatlaşdırılmış idarəetmə sistemi alternativ şəbəkəyə malikdir.

  • İntellektual və istifadəsi sadə olan idarəetmə sistemi. Xəritə Funksiyası Həyəcan Siqnalının idarə olunması Həyəcan siqnalı zamanı ekran-görüntü seçimi Proqramlaşdırıla bilən video sıralanma. Digər məlumatlarla uzlaşma. Digər sistemlərin məlumat bazaları ilə inteqrasiya olunma imkanı.

  • Elektron Xəritə üzərində video-axtarış imkanı. Elektron xəritə üzərində yerləşdirilən kameralar vizual olaraq operativ axtarış imkanına malikdir

  • Arxiv Sistemi. Rayon əraziləri üzrə görüntülərin arxivləşdirilməsi və 30 gün müddətində saxlanması.

  • Şübhəli Əşya. Şübhəli Əşya qeydə alınarkən İdarəetmə Mərkəzinə həyəcan siqnalı ötürülür.

  • Nömrə oxuma və axtarışda olan avtomobili müəyyən etmə. Sistem avtomatik olaraq avtomobil nömrələrini qeydə alır.

  • Qırmızı İşıq qeydə alınması və Avtomatik Nömrə Oxuma. Qırmızı İşıqda keçən avtomobillər avtomatik olaraq qeydə alınır.

  • İntellektual Yol analizi və idarəedilməsi Sürət ölçmə Tıxacların analizi Yol hərəkəti qaydalarının pozulmasının qeydə alınması Avtomobil sayının qeydi

  • Antivandal Kamera Qoruyucu. Zərbəyə davamlı kamera qoruyucusu.

  • Azərbaycanın istənilən ərazisindən sifariş

XİDMƏTLƏRİMİZ















Təhlükəsizlik Bizim İşimizdir

FOTO GALEREYA